Bakının Xətai rayonunda yerləşən hamamdan oğurluq olunub. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Sentyabrın 16-da hamamdan 4400 manat pul oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində

şübhəli bilinən Şəmkir rayon sakini H.Eyvazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.