Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.

Avtomobillərin toqquşması nəticəsində 90-NC-974 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili səkiyə çıxıb. Avtomobilə ciddi maddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.