Paytaxtın Xəzər rayonunda yol polisi avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Mərdəkan-Zuğulba yolunda yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə “Toyota” markalı minik avtomobili çarpılıb. Zərbənin gücündən DYP avtomobili qabaqda olan digər DYP avtomobilini vurub. Avtomobilin arxasında dayanmış polis əməkdaşı zərbədən yaxa qurtara bilib.
Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, hər iki xidməti nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.