Müdafiə Nazirliyi növbəti brifinqini keçirib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az nazirliyə istinadən xəbər verir.

Bildirilir ki, keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçib. Eləcə də 20-yədək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan çox minaatan, 2 ədəd zenit-raket qurğusu və 6-dan çox radioelektron mübarizə stansiyası məhv edilib.

“Guya bölmələrimiz tərəfindən mülki obyektlərin vurulması barədə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır”, – deyə Anar Eyvazov əlavə edib.