Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
General-polkovnik Kərim Vəliyev və ordu generalı Metin Gürak arasında telefon danışığı olub. Danışıqda Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.
Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.