Təyyarələrin naviqasiya sistemində fasilələr yaranır. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə tətbiq edilən radiomaneələr səbəbindən Azərbaycanın hava məkanından keçən hava gəmilərinin GPS sistemlərində müvəqqəti problemlər yaranıb.

Belə ki, Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının “E-190” tipli sərnişin təyyarəsində radiomaneələr səbəbindən 6 dəqiqə müddətində naviqasiya sistemi işləməyib.