“Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.
“AzərEnerji” ASC-dən bildirilib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir”, – qurumdan bildirilib.
11:06 – “Azərenerji”nin əməkdaşları Laçında qəzaya uğrayıblar: 2 nəfər vəfat edib
Bu gün, 19 sentyabr saat 09:00 radələrində Laçın rayonunun Mollalar kəndi ərazisində ölümlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Azərenerji”yə məxsus olan “Ural” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə əməkdaşlar Məhəmməd Məmmədov və Gülağa Məmmədov hadisə yerində keçiniblər.
Faktla bağlı araşdırma aparılır.