Bakıda bal rəqsləri üzrə dünya çempionatı baş tutacaq. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir paytaxtda ilk dəfə təşkil olunacaq. Tədbir 28-29 oktyabr tarixlərində “JW Marriott Absheron”da keçiriləcək.
Çempinatda beşqat dünya çempionları, Azərbaycanın Əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər.