Bakıda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4 nəfərə müvafiq köməklik göstərilib. Onların arasında 1 nəfər uşaq olub.