Bakı məktəbində müəllim çatışmazlığı var. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az APA TV-yə istinadən xəbər verir.
Yasamal rayonunda yerləşən 167 nömrəli tam orta məktəbin 3f sinfinə dərs deyəcək müəllim olmayıb. Təhsil müəssisəsinin direktoru qeyd edib ki, müəllimlər sertifikasiyadan keçməyiblər deyə işdən azad olunublar. Bu səbəbdən də məktəbdə kadr çatışmazlığı var.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinə demişik, göndərəcəklər”, – deyə təhsil ocağından bildiriblər.
Dövlət qurumundan isə vurğulanıb ki, məktəbə müəllim təyin olunub.