Bu gün, 19 sentyabr səhər saatlarıda Bakı-Sumqayıt sürət qatarında texniki problemlər yaranıb. Bu haqda Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hadisə saat 09:00 radalərində baş verib. Qatarda olan sərnişinlər bir saatdan artıq vaqonlarda qalıblar.
“Belə rəzalət olmaz. Yolun yarısında qalmışdıq. Stansiya olmadığı üçün bu qatardan o qatara keçiriblər. Nə qatar gedir, nə də qapını açırlar. İçəridə aləm bir-birinə dəymişdi. Sərnişinlərdən halı pisləşənlər oldu. Belə tragikomediya görünməyib. Azərbaycan Dəmir Yollarının xidmət səviyyəsi çox sürətlə “inkişaf” edir”, – deyə istifadəçilər narazılığı bildiriblər.