Səbail rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Bayıl qəsəbəsində baş verib. 28 yaşlı Müzabil Məmmədov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub.
Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.