Biləsuvarda paytaxt sakinində narkotik aşkar olunub. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Əhmədov saxlanılıb. Onun üzərindən 131 qrama yaxın heroin və 364 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.