Dövlət Təhlükəsizlik Xidməti haqq mübarizəsinə qarşı çıxanlarla bağlı tədbir görüb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, həlak olmuş mülki şəxslərə və polis əməkdaşlarımıza hörmətsizlik ifadə edən, həyata keçirilən antiterror tədbirləri əleyhinə nalayiq ifadələr səsləndirən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə dəvət ediliblər.
Həmin şəxslərin şübhəli fəaliyyətlərinin araşdırılması ilə yanaşı ciddi zaman ayrılmaqla əsir və itkin düşmüş vətəndaşlarımız və onların acı taleyi barədə çoxsaylı video və digər materiallarla tanış edilir.
“Hesab edirik ki, qeyd olunan şəxslər dövlətin təmkinli, humanist və maarifləndirici fərdi münasibətindən düzgün nəticə çıxararlar”,- deyə qurumdan əlavə ediblər.