Xocavənddə törədilən terror aktı ilə bağlı brifinq keçirilib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində törədilən terror aktı ilə bağlı DTX, DSX, DİN və Baş Prokurorluğun birgə mətbuat konfransı baş tutub.
Brifinqdə ermənilərin Xocavənd rayonunun Tağaverd kəndi ərazisində törətdikləri terror aktı ilə bağlı, eləcə də Şuşa şəhərində həlak olan mülki vətəndaş haqda məlumat verilib.