Bu gün, 19 sentyabr saat 11:45 radələrində Ermənistan silahlı qüvvələri birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Onlara dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.