10 Noyabr 2020-ci idən bu günə gədər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələrində 314 nəfər yaralanıb. Onlardan 48-i mülki, 13-ü isə hərbçi olmaqla 61 nəfər həlak olub. Həmçinin ümumilikdə 101 nəfər mülki, 152 nəfər hərbçi xəsarət alıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
10.11.2020 – 14.12.2021 tarixlərində Ermənistanın mina terroru nəticəsində 197 nəfər xəsarət alıb, onlardan 36 nəfər həlak olub. Həmin şəxslərdən 29 nəfəri mülki vətəndaş, 7-si hərbçidir. Bu tarixlərdə sözügedən səbəblərdən 52 nəfəri mülki, 109 nəfəri hərbçi olmaqla 161 nəfər yaralanıb.
15.12.2021 – 04.02.2022 tarixlərində cəmi 7 nəfər zərər çəkib. Onlardan 4 nəfər mülki vətəndaş, 2 nəfər hərbçi olmaqla 6 nəfər yaralanıb, 1 nəfər mülki şəxs isə vəfat edib.
05.02.2022 – 06.04.2022 tarixlərində mina terroru nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5 nəfəri mülki vətəndaş, 1 nəfəri hərbçidir.
07.04.2022 – 18.05.2022 tarixlərində ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 7 nəfər mülki vətəndaş, 3 nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb, 2 mülki şəxs isə həlak olub.
19.05.2022 – 18.08.2022 tarixlərində 11 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 8 nəfər mülki vətəndaş, 2 nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb. 1 nəfər hərbçi həlak olub.
19.08.2022 – 23.09.2022 tarixlərində 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2 nəfər mülki vətəndaş, 18 nəfər hərbçi olmaqla 20 nəfər yaralanıb. 2 nəfər hərbçi həlak olub.
24.09.2022 – 03.10.2022 tarixlərində 5 nəfər mülki vətəndaş mina partlayışlarından xəsarət alıb. Onlardan 3 nəfər mülki vətəndaş yaralanıb, 2 nəfəri həlak olub.
04.10.2022 – 10.11.2022 tarixlərində 11 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6 nəfər mülki, 4 nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb. 1 nəfər mülki vətəndaş həlak olub.
11.11.2022 – 06.01.2023 tarixlərində 9 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 4 nəfər mülki, 4 nəfər hərbçi olmaqla 8 nəfər yaralanıb. 1 nəfər hərbçi həlak olub.
07.01.2023 – 14.03.2023 tarixlərində 5 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 1 nəfər mülki, 2 nəfər hərbçi olmaqla 3 nəfər yaralanıb. 1 nəfər hərbçi, 1 nəfər mülki vətəndaş həlak olublar.
15.03.2023 – 12.06.2023 tarixlərində 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6 nəfər mülki, 3 nəfər hərbçi olmaqla 9 nəfər yaralanıb. 1 hərbçi, 6 mülki vətəndaş həlak olublar.
13.06.2023 – 23.08.2023 tarixlərində 2 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 1 nəfər mülki vətəndaş, 1 nəfər hərbçi həlak olublar.
24.08.2023 – 11.09.2023 tarixlərində 3 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2 nəfər mülki vətəndaş, 1 nəfər hərbçi həlak olublar.
12.09.2023 – 19.09.2023 tarixlərində 8 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2 nəfər hərbçi yaralanıb, 6 nəfər mülki vətəndaş həlak olub.
Hazırda 970.551,604 kv.m (97.055,2 ha) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.
İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 94.244 ədəd mina və digər partlayıcılar, 29.617 piyadalar əleyhinə mina, 17.048 ədəd tank əleyhinə mina, 47.579 ədəd isə partlamamış hərbi sursat aşkarlanıb.