Şəhərin mərkəzində qəzalı eyvan təhlükə saçır. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət Yasamal rayonu, Əlövsət Quliyev, 37 ünvanında yerləşən evdən gedir. Sakinlərin sözlərinə görə, yük maşını eyvanı zədələyib. Sonra isə sakinlər eyvanın altında taxta dayaq qoyublar ki, aşmasın.
Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, ay yarım öncə sözügedən ərazidə yoxlama aparılıb. Adıçəkilən bina da qəzalı tikililər siyahısına alınıb. Yaxın zamanda həmin binalarda təmir-bərpa işlərinə başlanılacaq.