Bu gün, 19 sentyabr tarixində Füzuli rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində həlak olan Seyfi Abdullayevin nəşi Bakının Bakıxanov qəsəbəsinə gətirilib. Bu haqda Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.

Çevik alayın polis serjantı Seyfi Abdullayevin nəşini qəsəbə sakinləri və polis əməkdaşları qarşılayıblar.

Bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə Azərbaycanın yeddi polis əməkdaşı həlak olub, daha altısı yaralanıb.