Qaradağ rayonunun bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.

“Lökbatan” QTM-də görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan etibarən adıçəkilən qəsəbə ərazisində qazın verilişi dayandırılacaq.

Məhdudiyyət gün ərzində davam edəcək.