Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə “Gənclik Mall”un yaxınlığında qeydə alınıb. “BMW” markalı avtomobil və “Kia” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Zərərçəkənlər əraziyə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Avtomobillərə ciddi maddi ziyan dəyib. Minik maşınları cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərimanovda yol qəzası: 2 nəfər xəsarət alıb
Foto APA.az