Paytaxtın Nəsimi rayonunda, Cavadxan küçəsinin 26 və 30 saylı binalarını əhatə edən məhəllənin əsaslı təmiri yekunlaşıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 2000 kv.m-dən artıq asfalt örtüyü, 900 kv.m-ə yaxın tamet daşı vurulub. Həmçinin 1400 kv.m-dən artıq qazon salınıb, 900 p.m yeni bordürlər qoyulub. Əlavə olaraq 200 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib.
Bundan əlavə, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə 2 ədəd söhbətgah və 5 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Analoji olaraq rayonun bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
