Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yağışlı hava səbəbindən baş vermiş qəza nəticəsində 51 yaşlı Yaşar Rəhimov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.