Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Keçirilən iclasda Paşinyan Ermənistanın Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olmadığını bildirib.
“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, – deyə o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”.