Bakının Yasamal və Səbail rayonlarında velosipedlər oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 2 velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Vahabov saxlanılıb.
Analoji olaraq 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Səbaildə 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.