Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqla təchiz edilib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Layihə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə həyata keçirilib.
Tibbi xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə son bir ayda 80-ə yaxın tibb müəssisəsi müasir standartlara cavab verən yeni elektrokardioqraflarla (EKQ) təmin edilib.
Yaxın vaxtlarda paytaxtın digər tibb müəssisələrinə, o cümlədən poliklinikalara yeni avadanlıqlar veriləcək.