Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir daha Qarabağda yaşayan erməni sakinlərə çağırış edib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az administrasiyanın açıqlamasına istinadən məlumat verir.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir”, – qurumdan bildirilib.