İrəvanın bir sıra yerlərində üç gün əvvəl vurulmuş, hakim partiyanın rəmzləri və baş nazir Paşinyanın portreti olan “Artsax Azərbaycandır və nöqtə” yazılı plakatlar indiyə kimi qalır. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az AZfront-a istinadən məlumat verir.
İrəvan küçələrində Baş nazir Nikol Paşinyanın şəkli və “Artsax Azərbaycandır və nöqtə” yazısı olan yüzlərlə plakat asılıb. Plakatlar hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizədinə dəstək məqsədilə dünənki yürüşündən sonra (seçkilər ertəsi gün keçirilib) hazırlanıb.