Rusiyanın Ermənistandakı səfirliyinin ön və arxa giriş-çıxışı etirazçılar tərəfindən bağlanıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Hazırda hakimiyyətyönümlü Telegram kanallarının çağırışı ilə Rusiya Federasiyasının İrəvandakı səfirliyi qarşısında aksiya keçirilir.
“Artsaxa qarşı müharibə dayandırılmayana qədər heç kim getməməli və bu xain ölkənin səfirliyinə girməməlidir”, – deyə etirazçılar rusların müdaxilə etməsini tələb edirlər.
Rusiyanın səfirliyi qarşısında etirazçılarla polis arasında toqquşma başladığı bildirilir.