Sabunçu rayonunda moped qəza törədib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

41 yaşlı Füzuli İsmayılov mopedlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çarpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.