Bank kartından oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Sumqayıt şəhər sakininin bank kartından hesabındakı 273 manat oğurlanıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Həsənquliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.