Azərbaycan bütün sakinlərinin, o cümlədən erməniəsilli olan insanların müdafiəsinə, bütün ölkə ərazisində konstitusiya quruluşunun bərpasına tam sadiqdir. Bunu bu gün, 19 sentyabr tarixində Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkənin Qarabağ bölgəsində həyata keçirilən yerli antiterror tədbirləri ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.
Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir”, – şərhdə deyilir.