Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Qəza “Mercedes”, “Toyota Prius”, “Hyundai Accent” və “QAZ-2410” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə yol polis əməkdaşları cəlb olunublar, toqquşmanın təfərrüatı araşdırılır.