Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2 avtomobilin toqquşması nəticəsində 26 yaşlı Hüseyn Hüseynov və 44 yaşlı Rövşən Musayev xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.