Xocavənddə DİN-in 4 əməkdaşı həlak olub. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsində bir neçə saat öncə minaya düşən əməkdaşlar istiqamətində gedən zaman minaya düşüblər. Nəticədə 4 nəfər – Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov və Xəzər Zamanov hadisə yerində həlak olublar.
Mina sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.