Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağıyev Bakı şəhər sakini olan bir qadının içərisində 1000 AZN, bank kartı və sənədi olan çantasını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.