Suraxanı rayonunda xəstə olan şəxs intihara cəhd edib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

Hadisə rayonun Yeni Günəşli qəsəbəsində baş verib. 30 yaşlı Yeganə Bəxtiyarova sirkə turşusu içərək özünə qəsd etməyə cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Y.Bəxtiyarova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.