İrəvanda, aksiyanın keçirildiyi hökümət evinin qarşısında vəziyyət sakitdir. Bildirilir ki, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

04:11 -Ermənistanda etiraz aksiyası səngiyib

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası səngiyib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az xarici KİV-lərə istinadən xəbər verirverir.

19 sentyabr axşam saatlarında Respublika meydanında toplaşan  etirazçılar Paşinyanın istefasını tələb edirdilər. Aksiyaya “Ayastan” fraksiyasının keçmiş deputatı, “Ana Ermənistan” blokundan seçkilərə namizəd Andranik Tevonyan rəhbərlik edirdi.

Hökümət binasının qarşısına toplaşan etirazçılar binaya daxil olmağa çalışırdılar. Bu zaman polis və aksiyaçılar arasında qarşıdurma yaşandı, polislər qumbaralardan istifadə etdilər. Ermənistan Baş Prokurorluğu sosial şəbəkələrdə dövlət çevrilişinə çağırışlara görə həbslər barədə məlumat yaymağa başladı. 16-ı polis olmaqla ümumilikdə 34 nəfərin xəsarət aldı.

Gecə saatlarında Etirazçılar hökümət evinin qarşısında çadırlar quraşdırırlar. Onlar Paşinyan istefa verənə qədər burada qalacağını bildirdilər. Saat 03:00 radələroində etirazlar səngiməyə başladı.

Foto açıq mənbədən