Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.

Məsələ ilə bağlı polisə müraciət olunub.