Prezident İlham Əliyev telefonla danışıq zamanı bildirib ki, Azərbaycanın Qarabağda hədəfi legitim hərbi obyektlərdir.
“Separatçılar silahtərk olana qədər antiterror əməliyyatı davam edəcək”, – deyə Prezident əlavə edib.
02:12 – İlham Əliyev və Entoni Blinken telefonla danışıblar
Prezident İlham Əliyev ABŞ-ın Baş Katibi Entoni Blinkenlə danışıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az ABŞ dövlət departamentinə istinadən xəbər verir.
Telefon danışığı zamanı Blinken Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Dövlət katibi vurğulayıb ki, hərbi yolla həll yoxdur və tərəflər dialoqu bərpa etməlidirlər.
E.Blinken, həmçinin Paşinyanla da telefon danışığı aparıb.