Müdafiə Nazirliyi açıqlama verib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Nazirliyə istinadən xəbər verir.

20 sentyabr tarixində Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması ilə bağlı sülhməramlıların komandanlığına və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.