Polis hazırda Nazirlər Kabinetinin binasının qarşısında canlı sədd qurub.

17: 11 – Yenilənib

Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirən vətəndaşlar İrəvanda Tiqran Mets prospektini bağlayıblar. Onlar oturaq aksiya elan ediblər.

16:32 – Müxalifət yenə İrəvanda mitinqə yığışır 

“Ana Ermənistan” müxalifət blokunun lideri Paşinyanı devirmək üçün yeni mitinq elan edib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.

“Biz əvvəlcədən saat 19:00-da Respublika meydanında böyük mitinq keçirmək qərarına gəldik”, – Andranik Tevanyan deyib.

O, Paşinyanı Qarabağı “təslim etməkdə” günahlandırıb və ictimai əmin-amanlığı pozmadan ölkə rəhbərliyində dəyişikliyə nail olmaq üçün bütün siyasi qüvvələri birləşməyə və etiraz aksiyalarında iştirak etməyə çağırıb.

Etirazçılar artıq küçələrdə yığışmağa başlayıblar.