Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana təşəkkür edib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycan verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir.

Siz də mən də Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan “Bir millət, iki dövlət” kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq.

Prezident İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib
Foto açıq mənbədən