Azərbaycanın lokal xarakterli antiterror əməliyyatları davam edir. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Separatçılar Erməni anklavının Qarabağdakı sakinlərini səfərbər etməyə cəhd edirlər. Hərbi döyüşlərdə iştirak etmək üçün mülki əhaliyə silah paylanılır.
Separatçılar bildirir ki, Xocalı, Ağdərə və Xocavənddə yerləşən 16 yaşayış məntəqəsindən ümumilikdə 7000 nəfər təxliyə edilib.
Həmçinin Antiterror əməliyyatı nəticəsində Qarabağda Xocavəndin qanunsuz separatçı administrasiyasının başçısı Aznavur Saryanın öldürüldüyü bildirilir.
Bundan əlavə, Erməni KİV tərəfindən guya Azərbaycan tərəfinin “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə, Azərbaycanlıların rus sülhməramlılarına məxsus kolonu, eləcə də onların mövqrlərinə atəş açmaları haqda və guya Silahlı Qüvvələrimiz tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı dezinformasiyalar yayılmışdır.
Azərbaycan Müdafiə Nazirliyi bütün yayılan məlumatları təkzib etmişdir.