Bakının Qaradağ və Səbail rayonlarında sabah qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən məlumat verir.

Təmir işləri ilə bağlı Qaradağ rayonun Qobustan qəsəbəsində 10:00-dan 14:00-dək qaz olmayacaq. Səbail rayonunun Bayıl (tam olaraq) və Badamdar (bir hissəsi) qəsəbələrində isə fasilə 09:30-dan işlər başa çatanadək davam edəcək.