Bakı sakini digər avtomobilə məxsus dövlət qeydiyyat nişanını oğurlamaqda və istifadə etməkdə şübhəlidir. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan məlumata əsasən, “KİA” markalı avtomobilin dövlət qeydiyyat nişanı oğurlanıb. Bu nişanı özünə məxsus “KİA” markalı avtomobilin üzərinə bağlayan F.Ağayev sentyabrın 20-də hərəkətdə olarkən Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.