Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospektinin Azadlıq pospekti ilə kəsişməsində qeydə alınıb. “Toyota Avalon” markalı avtomobil “Kia Sorento” ilə toqquşub.
Şahidlərin sözlərinə görə, “Kia” məhəlləarası yoldan çıxıb. Sürücü bir qədər irəlidən geriyə dönməli olduğu halda geriyə hərəkət edərək dairəyə girmək istəyib.
O, öz yolu ilə hərəkət edən “Toyota”nın qarşısını kəsib və bu zaman toqquşma baş verib. Zərbənin gücündən “Kia” səkiyə çıxıb. Bordürə dəyən “Toyota”nın sürücüsü xəsarət alıb.
Araşdırma aparılır.