Bakıda yolda moped sürücüsü bıcaqla hədələnib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Kia Optima” markalı 90-HJ-989 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qayda pozduğuna görə moped sürücüsü ona irad bildirib. Nəticədə “Kia”nın sahibi onu bıçaqla təhdid edib. Həmçinin ciyərinə bıçaq zərbəsi vuracağını deyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev saxlanılıb. Həmin şəxsə “Xırda xuliqanlıq” maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.