Sabah qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcək. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Toplantıda Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanasının, Mərdəkan Reabilitasiya Pansionatının, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin və “Xətai Park” MMC tikinti şirkətinin inşa etdiyi yaşayış kompleksinin ərazisində yerləşən ağaclar müzakirə mövzusu olacaq.

Dinləmə saat 15:00-da agentliyin inzibati binasının (Heydər Əliyev prospekti, 10) konfrans zalında baş tutacaq.

Əlavə məlumat üçün: 055 900 55 56.