Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Rusiyanın Prezident administrsiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlılarının faciəvi ölümü ilə bağlı Putindən üzr istəyib və dərin hüznlə başsağlığı verib, həlak olan Rusiya sülhməramlılarının ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib.

Həmçinin bildirilib ki, Qarabağda Rusiya sülhməramlılarının ölümü ilə bağlı hərtərəfli araşdırma aparılacaq.

Putin və Əliyev Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımları müzakirə ediblər.

Putin Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Putin və Əliyev Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya sülhməramlılarının köməyi ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Kreml məlumat yayıb: Putin Əliyevlə telefonla danışıb
Foto açıq mənbədən